Serdar Ortaçdan kədərli sözlər!

Uzun müddətdir MS ilə mübarizə aparan 55 yaşlı sənətçi Serdar Ortaçın müalicəsində irəliləyiş müşahidə edilərkən, məşhur sənətçi son açıqlamaları ilə ümidsiz mövqe sərgiləyərək pərəstişkarlarını üzüb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ortaç səhhəti ilə bağlı bunları deyib: “Ya 10-15 il ömrüm qalıb, ya da heç... Onsuz da övladım yoxdur” deyərək, mirasını kimə buraxacağı ilə bağlı təəccüblü açıqlamalar verib.

Ortaç var-dövlətini heç bir qohum və ya dosta verməyərək bildirib: "Çox pulum yoxdur. Mirasımı işçilərimə qoyub getmişəm. Evim var, onu bölüşdürsünlər. Nə övladım var, nə sərvətim var, yalnız işçilərim var. Evimin onların olmasını istəyirəm, nə qədər vaxt qaldığımı bilmirəm".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə