Ermənistan parlamentinin spikeri Alen Simonyan həyat yoldaşı Mariam Marqaryandan boşanıb. SİA xəbər verir ki, bu barədə “Irakanum” nəşri məlumat verib. Bildirilib ki, boşanma ərizəsi bir neçə ay əvvəl verilib və hazırda proses yekunlaşıb. Simonyan özü də nəşrə boşanma faktını təsdiqləyib və baş verənlərdən təəssüfləndiyini qeyd edib. Bildirilir ki, qərar tərəflərin qarşılıqlı razılığı əsasında qəbul edilib. Həmçinin Ermənistan KİV-də yayılan xəbərə görə, Alen Simonyan hazırda yaxın dostunun qızı, 25 yaşlı model Anelya Qubryanla münasibətdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə