Nadir Qafarzadənin ailəsində ağır itki

Nadir Qafarzadənin ailəsinə ağır itki üz verib. SİA xəbər verir ki, bir neçə gün öncə sənətçinin qayınanası Südabə xanım 81 yaşında vəfat edib. Bu haqda N. Qafarzadə özü məlumat verib. Qayınanasının vəsiyyətini yerinə yetirən müğənni, ona yas mərasimi vermək əvəzinə uşaq sığınacağını ziyarət edib. Sənətçi uşaqlarla zaman keçirib və apardığı sovqatlarla onları sevindirib.

Bütün xəbərlər Facebook səhifəmizdə