Türkiyəli müğənni Sinan Akçıl və aparıcı Ece Erken ayrılıb. SİA bu barədə “Hürriyet”ə istinadən xəbər verir. Məşhur simalar özləri də xəbəri təsdiqləyib. “1-2 ay davam edən bu münasibət bəlkə də bəzi fikir ayrılıqlarına görə bitmiş ola bilər. Möhtəşəm ana və uğurlu qadını çox gözəl xatırlayacağam”, - deyə Sinan Akçıl sosial şəbəkə hesabında bildirib.
Xatırladaq ki, cütlük bir müddət əvvəl Samsun Hava Limanında əl-ələ görüntüləndikdən sonra münsibətlərini açıqlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə