"Paşinyan öz mövqeyini bildirməlidir" - DEPUTAT ŞƏRH ETDİ

"Ümumiyyətlə Paşinyan tərəfindən müxtəlif bəyanatların verilməsi onun siyasi fəaliyyətində satirik bir cəhətə cevrilib". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, əvvəlki dövrə nisbətən, 10 noyabrdakı, vətən müharibəsindəki qələbədən sonra Paşinyan daha çox əməkdaşlıq barədə danışırdı: "Daha çox Azərbaycan və Türkiyənin münasibətlərinin normalaşması haqqında danışırdı. Sonrakı dövrdə isə biz onun ritorikasının dəyişdiyinin və yenidən təxribatçı bəyanatlar verdiyinin şahidi olduq. Belə olduğu halda artıq onun qeyri-ciddi və qeyri-səmimi insan olduğu barədə fikirlər söyləmək olar. Çünki siyasətçi bir fikiri söyləyib və həmin fikrin üzərində də durmalıdır, öz mövqeyini də bildirməlidir. Amma bu Paşinyana xas cəhət deyil. Biz onun davamlı olaraq verdiyi bəyanatlara, vədlərə sadiq olmadığının şahidi olmuşuq.

İnanmaq istəyirik ki, Paşinyan bu səfər Türkiyə ilə münasibətlərin normalaşmasında səmimidir və o çalışacaq ki, bu münasibətləri qorusun və saxlasın. Ermənistan öz konustitusyasında dəyişiklik etməlidir. Azərbaycana və Türkiyəyə qarşı iddialarına son qoymalıdır və ümumilikdə götürdükdə isə bu münasibətlərin normallaşması üçün real addımlar atmalıdır. Hələki biz bu addımları görmürük, ümid etmək istəyirik ki, Paşinyan 8 sentyabrda çıxışında səsləndirdiyi fikirlərdə səmimidir və bu fikiri sona kimi söyləyəcək. Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırması üçün real addımları atacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə