Ombudsman “Amnesty İnternational” təşkilatının nümayəndəsini qəbul edib
Ombudsman Elmira Süleymanova "Amnesty İnternational" təşkilatının Avropa və Mərkəzi Asiya proqramı üzrə tədqiqatçısı Natalia Nozadzeni onun xahişi ilə qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə E. Süleymanova Azərbaycanda İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) uğurla icra edildiyi, planın təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı bütün rayonlarda ictimai dinləmələrin keçirildiyi diqqətə çatdırıb.
Ombudsman qeyd edib ki, ölkədə BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolunun təsdiq edilməsi haqqında" qanun qəbul edilib. Qanuna əsasən ombudsman azadlıqdan məhrum etmə yerlərinə, müvəqqəti saxlanma təcridxanalarına, penitensiar müəssisələrə, psixiatrik xəstəxanalara, ahıllar və uşaq evlərinə müntəzəm baxışlar keçirir.
N. Nozadze isə E. Süleymanova insan hüquqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyət göstərdiyini söyləyib. Qonaq həbsdə olan Eynulla Fətullayevin, həmçinin həbs olunmuş Cabbar Savalanlı və Bəxtiyar Hacıyevin, inzibati qaydada həbs olunan gənclərin hüquqlarının təmini vəziyyətinin monitorinqi istiqamətində E. Süleymanovanın həyata keçirdiyi fəaliyyətlə maraqlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB