ABŞ-da neft ehtiyatlarının azalması barədə məlumatlar "qara qızıl"ın qiymətinə təsir edib
Liviyada davam edən toqquşmalar və ABŞ-da neft ehtiyatlarının azalması barədə məlumatlar fonunda ötən gün dünya bazarlarında "qara qızıl"ın qiyməti qeyri-stabil olub. SİA-nın xəbərinə görə, London birjasında "Brent Crude Oil" markalı neft 2,88 dollar bahalaşıb. Bu markadan olan "qara qızıl"ın qiyməti 115,94 dollar təşkil edib.
Nyu-York birjasında isə "Light Sweet Crude Oil" markalı neftin bir barelinin qiyməti 0,64 dollar azalaraq, 104,38 dollara enib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB