Danimarkanın "SaxoBank"ı 2011-ci il üçün şok proqnozlarını açıqlayıb. SİA-nın məlumatına görə, bankın mətbuat xidməti bildirib ki, proqnozlar hər il müşahidə olunan nadir, amma böyük əhəmiyyət daşıyan və adi bazar gösləntilərindən kənara çıxır. Həmin proqnozlar aşağıdakılardır.
1. ABŞ Konqresi sosial sahəyə ayırdığı vəsaiti məhdudlaşdıracaq.
2. "Apple" kampaniyası "Facebook"u alacaq.
3. ABŞ dollarının indeksi 100-ə qalxacaq.
4. ABŞ-ın 30 illik dövlət istiqrazlarının gəliri 3 faizə düşəcək.
5. Avstraliya dollarının məzənnəsi ingilis funt-sterlinlə müqayisədə 25 faiz enəcək.
6. Neftin qiyməti qalxacaq, ilin ikinci yarısından başlayaraq isə enməyə başlayacaq.
7. Təbii qazın qiyməti 50 faiz qalxacaq.
8. Qızılın bir unsiyasının qiyməti 1800 dollara qalxacaq.
9. ABŞ-ın "S&P 500" indeksi tarixin ən yüksək dəyərini qazanacaq.
10. Rusiyanın "RTS" indeksi 2500-ə çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB