"Azərbaycanda qadın-kişi bərabərliyi tam təmin olunub"

“Müasir konstitusiyada qadın hüquqları əsas prioritetlərdən biridir. İndi də bəzən spekulyasiya mövzusuna çevrilmiş uşaq müavinətləri məsələsi konstitusiyada birbaşa əksini tapıb”. SİA xəbər verir ki, bunu parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsnin sədri Əli Hüseynli Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” adlı keçirilən dinləmədə deyib.

Onun sözlərinə görə, qadın hüquqları xüsusi prioritet məsələ kimi rol oynayır: "Müasir konstitusiyada qadın hüquqları xüsusi qayda kimi göstərilir. Qadınların müasir dövrdə seçki hüquqları, hakimiyyət bölgüləri prioritet məsələ kimi gündəmə gətirilir. Həmçinin 1970-ci ildə Sovet dövründən qadın hüquqları qorunub.

Bununla yanaşı Hakim korpusunda son illər ərzində xanımlar üstünlük təşkil edirlər. Hesab edirəm ki, Azərbaycanda qadın-kişi bərabərliyinin real mövcudluğu tam təmin olunub”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə