Türkiyə ilə Rusiya münasibətlərində Ərdoğanın önəmi - ZAXAROVA AÇIQLADI

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat konfransında gündəmdəki məsələlərlə bağlı sualları cavablandırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Zaxarova açıqlamalarında Rusiya və Türkiyə münasibətlərinə diqqət çəkib. O qeyd edib ki, Rusiya və Türkiyə münasibətlərində prezident Ərdoğanın fikirlərinə önəm veririk.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova bildirib ki, Türkiyə ilə münasibətlərdə prezident Ərdoğanın qarşılıqlı faydalı çoxşaxəli əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik. .

Türkiyədə yeni hökumətin Rusiya və ABŞ ilə balanslaşdırılmış münasibətləri saxlamasını gözlədiyi ilə bağlı sualı cavablandıran Zaharova vurğulayıb ki, hər şeydən əvvəl konstruktiv münasibəti alqışlayırıq: "Biz öz tərəfimizdən belə ikili anlaşmanın həyata keçirilməsini təşviq edəcəyik və ortaya çıxacaq nəticələri izləyəcəyik" .

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə