Amazon yağış meşələrində toyuğabənzər yeni bir quş növü kəşf edilib...
...Əvvəllər məlum olmayan bu quşlar haqqında ilk məlumatlar 2021-ci ildə ortaya çıxıb. Onları kəşf etmək və ətraflı təsvir etmək bir neçə il çəkib.
Məlum olub ki, onlar insanlardan heç qorxmurlar.
Braziliyalı alimlər Amazonun Serra do Divisor dağ yağış meşəsində yeni bir quş növü kəşf ediblər. Onun populyasiyasının sayı təxminən 2100 fərddir.
Yeni növə Tinamus resonans adı verilib.
Alimlər 75 ildir ki, yeni bir quş növü kəşf etməyiblər.
Yeni növün axtarışı 2021-ci ildə tanımadığı gurultulu bir qışqırıq eşitdikdən sonra dörd il çəkib.
İlk nümunəyə 2024-cü ilin noyabr ayında rast gəlinib. Alimlər yeni növün nəsli kəsilmiş moa ilə əlaqəli Tinamidae ailəsinə aid olduğunu təsdiqləyiblər.
Ölçüsü, lələk rəngi və bədən forması baxımından onlar toyuqlara bənzəyirlər.
Tam uça bilməmələri ilə toyuqlara bənzəyirlər.
Meşə dibində tapdıqları hər şeylə qidalanırlar. İnsanlardan və digər yırtıcılardan qorxmadıqları üçün alimlər quşun nəsli kəsilmək üzrə olduğundan qorxurlar.
...Əvvəllər bildirilirdi ki, Afrika tropik meşələri artıq karbon qazını udmur.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB