Rusiyada spirtli içki istehlakı ən aşağı səviyyəyə düşüb..?

...Noyabr ayında Rusiyada spirtli içki istehlakı 1997-1998-ci illərin ən aşağı səviyyəsinə çatıb.

SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bu, Vahid İdarələrarası Məlumat və Statistik Sistemin məlumatların təhlilindən irəli gəlir.

Alkoqol istehlakı aprel ayından bəri ardıcıl səkkizinci aydır ki, azalır.

O vaxtlar bu rəqəm son 12 ayda adambaşına 8,32 litrə düşmüşdü. Noyabr ayında isə 7,63 litr təşkil edib.

Oxşar minimumlar sonuncu dəfə 1997-1998-ci illərdə qeydə alınıb, o zaman adambaşına istehlak 7,6 litr təşkil edib.

Qeyd etmək lazımdır ki, həmin illərdə spirtli içki istehlakının üçdə ikisinə qədəri qanunsuz olaraq satılıb.

Qafqaz regionları ənənəvi olaraq Rusiyada ən ayıq bölgələr olub. Çeçenistanda bu rəqəm adambaşına cəmi 0,11 litr, İnquşetiyada 0,63 litr, Dağıstanda 0,89 litr, Kabardin-Balkariyada 2,16 litr və Qaraçay-Çərkəzdə 2,59 litr təşkil edib.

Moskvalılar orta hesabla 4,76 litr, Sankt-Peterburq sakinləri isə 6,28 litr spirtli içki istehlak edirlər.

Novosibirsk vilayətində bu rəqəm 8,35, Sverdlovsk vilayətində 10,34 və Tatarıstanda 8,27 litrdir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə