Turistlərə dünyanın ən təmiz şəhərlərinin hansılar olduğu deyildi...

Birinci yeri Polşa şəhəri tutdu…

...Krakov dünyanın ən təmiz şəhəri seçilib və bu, onu səyahət üçün ən rahat edir.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu, təhlükəsiz baqaj saxlama xidmətləri göstərən Radical Storage şirkətinin araşdırmasına əsasəndir.

Orada bildirilir ki, bu Polşa şəhərində təmizlik haqqında turist rəylərinin 98,5 faizi müsbətdir.

BƏƏ-nin Şarja şəhəri reytinqdə 98 faiz müsbət rəylə ikinci yeri tutub.

Sinqapur 97,9 faizlə ilk üçlüyü tamamlayır. Varşava (Polşa), Doha (Qətər), Ər-Riyad (Səudiyyə Ərəbistanı), Praqa (Çexiya), Maskat (Oman), Dubay (BƏƏ) və Fukuoka (Yaponiya) da ilk 10-luğa daxil olub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə