...Ryazanın Aşağı Şəhər Parkında tarixi "Oyma ev" binasında təmir işləri apararkən tikinti işçiləri qeyri-adi bir tapıntıya - binanın taxta döşəmələrinin altında gizlənmiş Vladimir İliç Leninin büstünə rast gəldilər.
Bu təsadüfi arxeoloji kəşf əsaslı bərpası planlaşdırılan köhnə binanın sökülməsi zamanı aşkar edilib.
SİA xəbər verir ki, bu barədə regional paytaxt administrasiyası məlumat verib.
İnqilab liderinin abidəsinin gözlənilməz şəkildə aşkarlanması ilə yanaşı, mütəxəssislər binada ciddi texniki problemlərlə də qarşılaşıblar.
…Və yeri gəlmişkən dahi rəhbərin tapılan heykəli burada da bir işə yarayıb: məlum olub ki, Xalq Sənəti Mərkəzi praktik olaraq təməlsizdir və binanın dayaq konstruksiyaları ağac çürüməsi nəticəsində ciddi şəkildə zədələnib.
Bir çox dekorativ sütunlar nəzərəçarpacaq dərəcədə əyilib və yararsız vəziyyətdədir.
Yəni uça bilər.
Zədələnmiş bütün elementlər bərpa mütəxəssisləri tərəfindən bərpa olunacaq. Yararsız hala düşmüş taxta oymaları memarlıq abidəsinin orijinal görünüşünü qorumaq üçün əl ilə yenidən düzəltmək lazım gələcək.
Yəni Vladimir İliç necə demişdisə..?
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB