Qardaş, yüz yaşa! - TƏBRİK

Qısa tanışlıq insanı tanımağa yetərli olmasa da, ilk təəssüratlar da az məlumat vermir. Təvazükarlığı, mədəniyyəti, insani keyfiyyətləri ilə seçilən Ənvər müəllim əslən Qafan rayonundandır. Yurd həsrətlilərdəndir, daim dogma yurda dönəcəkləri zamanı gözləyir. Təbiətən sakit insandır, dostluğa sadiqdir. Qardaşı, şair Əliş Əhmədoğlunun haqqında yazdığı şeirdə deyildiyi kimi, Allahın verdiyi ömür payını layiqincə yaşamağa haqqı çatan insandır Ənvər müəllim.

Təbrikə qardaşı Əliş Əhmədoğlu, Müvəcət Həbibov, Balaş İsgəndərov, Məmmədhəsən Məmmədov, oğlu Rövşən, Əfqan Hüseynov, İlyas Rzayev, Hüsü İbrahimov, Murad Hüseynov, Nazim Əsədov, Cavanşir müəllim, Rauf Tağıyev və Vəli Vəliyev də qoşulur, yubilyara həyatın ən şirin neməti olan cansağlığı arzulayırlar!!!

(Ənvər Hüseynovun 70 illik yubileyi münasibətilə)

Bahar gələn zaman, qış gələn zaman

Günəş yer üşünü salama gəlir.

Bir təbrik ucalır dodaqlarımdan,

Gözlərim yaşarır, ruhum dincəlir.

İstiqanlı bilir dost-tanış səni,

Yadlara tanıtdın öz millətini.

Uzaqdan gəlsə də, söhbətin, səsin,

Yaxından duyuram məhəbbətini.

Deyəsən, kövrəltdi bizi yetmiş yaş,

Arada ayrılıq, arada sərhəd.

Azəri oğlusan, qeyrətli qardaş,

Ananız Minadır, atanız Əhməd.

Obana, elinə etibarlısan,

Arzun təzələnir, təzə il gəlir.

Sən dağlar oğlusan, dağ vüqarlısan,

Yüzcə il ömür sür Müşkinazla bir.

Əlişəm, bir azca dolmuşam yaşa,

Qardaş-bacı üçün sən uca dağsan.

Ay qardaş, ayağın dəyməsin daşa,

Hələ zirvələrə ucalacaqsan.

Bütün xəbərlər Facebook səhifəmizdə