Alimlər sirli Bo xalqının əcdadlarının hələ də Çində yaşadığını aşkar ediblər.
Onlar Yunnan və Siçuan əyalətlərinin sakinləridir. Alimlər qədim Bo xalqının mövcudluğunun təsdiqini tapıblar.
SİA-nın məlumatına görə, uzun illərdir ki, alimlər ölülərini qayalıqlara bərkidilmiş tabutlarda basdırmaq ənənəsinə görə Bo xalqı və ya "uçan xalq" ləqəbini alan sirli irqin sirrini açmağa çalışırlar.
Qeyd edilməlidir ki, bu dəfn üsulu yer çatışmazlığının nəticəsi deyildi. Sonradan asılmış tabutlardan başqa, bu sirli xalqın mövcudluğuna dair birbaşa dəlil qalmayıb.
Bu irqin bütün üzvlərinin nəsli kəsilmiş hesab olunurdu. Lakin bu günlərdə verilən məlumata görə, Kunmin Zoologiya İnstitutunun bioloqu Çjan Syaominq və həmkarları Yunnan və Siçuan əyalətlərinin sakinlərinin Bo xalqının əcdadları olduğunu sübut ediblər.
Bu, müasir əyalət sakinlərinin DNT-sini asılmış tabutların qalıqları ilə müqayisə etməklə aşkar edilib.
Bir neçə kənddə nəticələr heyrətamiz idi: birbaşa mənşə xətti izlənilə bilərdi.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB