...Küveytdə bir dövlət işçisi maaş almağa davam edərkən 10 il işə gəlmədiyinə görə beş illik həbs cəzası alıb.
SİA-nın məlumatına görə, bu barədə Oddity Central xəbər verir.
Yerli media tərəfindən adı gizli saxlanılan dövlət işçisi beş illik həbs cəzası alıb və təxminən 1 milyon dollar cərimə ödəməli olub.
İş materiallarına görə, işçi Dövlət Xidmətləri Departamentində işləyirdi, lakin aylıq maaş almağa davam edərkən təxminən on il işə gəlməyib.
Bu müddət ərzində onun hesabına 340.000 dollar köçürülüb. Əvvəllər iki məhkəmə həmin adamı bəraət qazandırmışdı, lakin kassasiya məhkəməsi qanunsuz varlanma və dövlət resurslarından sui-istifadə sübutlarını təkzibolunmaz hesab edərək əvvəlki qərarları ləğv edib.
Media xəbərlərinə görə, bu hökm Küveyt hökumətinin dövlət sektorunda korrupsiya və fırıldaqçılıqla mübarizə aparmaq üçün apardığı genişmiqyaslı kampaniyanın ən sərt qərarlarından biri olub.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB