...Arxeoloqlar 1708-ci ildə batan San Jose qalleonundan ilk artefaktlar tapıblar. O, həmçinin "Gəmi qəzalarının Müqəddəs Qədəhi" kimi də tanınır, çünki 200 ton qızıl, gümüş və qiymətli metallardan ibarət yüklə batıb.
Xəzinənin dəyəri 2018-ci ildə 18 milyard dollar qiymətləndirilib.
SİA xatırladır ki, San Jose 62 toplu İspan qalleonu idi.
1708-ci ilin iyun ayında Cənubi Amerikadan Avropaya 18 xəzinə gəmisindən ibarət donanmaya rəhbərlik edib.
Lakin Kolumbiya sahillərində donanma Britaniya gəmilərinin hücumuna məruz qalıb.
Qalleon batıb və 600 nəfər həlak olub.
Qəza 2015-ci ildə Kartagenanın cənubunda, təxminən 600 metr dərinlikdə aşkar edilib.
İspaniya, ABŞ nümayəndələri və hətta Boliviyanın yerli Xara-Xara xalqı qiymətli yükün mülkiyyətini iddia etməyə çalışıblar.
Lakin Kolumbiya hökuməti öz sularındakı bütün gəmi qəzalarını milli mülkiyyət elan etdi.
O vaxtdan bəri gəminin tədqiqi və bərpası layihəsi həyata keçirir. İşin birinci mərhələsində tunc top, üç qızıl və bürünc sikkə, iki tam çini qab və bir neçə çini fraqmenti tapıldı. Mütəxəssislərin fikrincə, bütün əşyalar olduqca yaxşı qorunub saxlanılıb.
Onlar robot avadanlıqları vasitəsilə tapılıb. Kolumbiya Antropologiya və Tarix İnstitutunun (ICANH) məlumatına görə, top daha sonra soyuducu qaba, sikkələr isə duzlu suya qoyulub.
Alimlər artefaktları qorumağa davam edəcəklər.
Daha əvvəl Xristofor Kolumbun gəmisinin dəqiq surətinin Meksikada batdığı bildirilirdi.
Replika olan qalleon Marigalante 33 il əvvəl inşa edilib.
Gəmi turist kruizləri üçün istifadə olunurdu.
Hadisə su nasos sistemindəki nasazlıq səbəbindən baş verib; turistlər təxliyə edilib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB