İlanlar şəhər mənzillərinə necə və haradan daxil olurlar..?

...Son zamanlar Bizi demirəm,.. Rusiyada, o cümlədən Moskvanın göydələn çoxmənzilli binalarının sakinləri mənzillərinə hər cür ilanların nüfuz etməsi ilə üzləşirlər.

SİA-nın məlumatına görə, rusiyalı deputat Vladimir Burmatov bu hadisəni evində ilan saxlayanların məsuliyyətsizliyi ilə izah edib.

Rus dedputatın dediyinə görə, bir çox sürünən sahibləri onları şərq təqviminə görə Yaşıl Taxta İlan ilini simvollaşdıran Yeni il hədiyyəsi kimi qəbul edirlər. Amma belə ekzotik ev heyvanlarını saxlamaq xüsusi bacarıq tələb edir, ona görə də onlar tez-tez təcrübəsiz sahiblərdən qaçırlar.

...360.ru nəşri ilə söhbətində Burmatov xatırladıb ki, kobra, mamba, dəniz ilanları və zəhəri öldürücü olan gürzə kimi zəhərli ilanların mənzillərdə saxlanması qanunla qadağandır. Əgər belə ilan qaçıb kiməsə zərər vurarsa, sahibi inzibati və hətta cinayət məsuliyyətinə cəlb edilə bilər.

Deputat mənzilində ilan aşkar edən sakinləri sakit olmağa çağırıb. Sürünənlərin əksəriyyəti ilk növbədə aqressivlik nümayiş etdirmir, lakin təhlükə hiss etdikdə özlərini müdafiə edirlər.

Buna görə qışqırmamalı, ilanı tutmağa və ya vurmağa çalışmamalısınız. Diqqətlə bir konteynerlə örtmək və mütəxəssisləri çağırmaq tövsiyə olunur və...

...Moskva vilayətinin Balaşixa şəhərində ilan çoxmərtəbəli binada mənzilin vanna otağında sürünən peyda olub

...Penza sakinlərinə 13-cü mərtəbədə ilan qonaq gəlib.

...Moskvada bir metr uzunluğunda ilan yaşayış binasına girərək sakinləri qorxudub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə