Mercedes yük maşını böyük iki mərtəbəli motor evinə çevrilib

Portuqaliyada “Mercedes-Benz Actros” markalı yük maşını böyük təkərli evə çevrilib.

Və səyyar otel kimi istifadə olunur.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Carakoom” saytı yazıb.

Təkərli otel yaratmaq ideyası 2017-ci ildə iki portuqaliyalı sörf həvəskarı Eduardo və Daniele tərəfindən yaranıb. Sonradan TSH layihəsini (Truck Surf Hotel - serverlər üçün yük maşını-otel) həyata keçirməyə başlayıblar.

Mercedes Actros şassisində xüsusi yaşayış modulu quraşdırılıb.

Maşın dayananda onun ikinci mərtəbəsi açılır. Birinci mərtəbədə hamam, mətbəx-qonaq otağı, 10 nəfərlik yemək masası və divan var idi.

Divardan proyektor asıləb. Bundan əlavə, kiçik bir teras var. İkinci mərtəbədə iki mərtəbəli çarpayılı dörd standart otaq və böyük iki nəfərlik çarpayılı bir lüks otaq var.

Truck Surf Hotel sörfçülər üçün 790 avrodan başlayan qiymətlərlə Atlantik okeanı sahilləri boyunca yeddi günlük turlar təşkil edir. Bundan əlavə, Eduardo və Daniele təlimatçı xidmətləri təklif edirlər və yeni başlayanlara 150 avroya dərs verməyə hazırdırlar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə