Axtarışda olan qanun oğru Vasya Bandit həbs edilib

Albaniya axtarışda olan qanuni oğru Vasya Banditi Rusiya Federasiyasına ekstradisiya edib

...Cinayət iyerarxiyasında yüksək vəzifə tutmaqda ittiham olunan beynəlxalq axtarışda olan rusiyalı İqor Kokunov Albaniyadan Rusiyaya ekstradisiya edilib.

SİA xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

Bu adam kriminal aləmdə qanuni oğru Vasya Bandit kimi tanınır. O, Daxili İşlər Nazirliyinin İnterpol Milli Mərkəzi Bürosunun və Federal Penitensiar Xidmətin əməkdaşları tərəfindən Rusiyaya gətirilib.

Müstəntiqlərin fikrincə, Kokunov 1993-cü ildə taclanıb. O, Moskvada kriminal strukturların fəaliyyətinə nəzarət edirdi. 2020-ci ildə müstəntiq ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci (“Cinayət iyerarxiyasında daha yüksək vəzifə tutma”) maddəsi ilə cinayət işi açıb, lakin Kokunov ev dustaqlığında olarkən elektron qolbağını çıxararaq xaricə qaçıb.

2023-cü ilin avqustundan o, beynəlxalq axtarışa verilmişdi.

Bir il əvvəl Vasya Bandit Albaniya polisi tərəfindən saxlanılıb və yerli hakimiyyət onun ekstradisiyası ilə bağlı Rusiya Baş Prokurorluğunun müraciətini təmin edib. O, oğurluq və soyğunçuluqda dəfələrlə məhkum olunub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə