Çirkli vanna otağı pərdəsi sağlamlığınıza necə zərər verə bilər..?

...Çirkli vanna otağı pərdəsi allergik reaksiyaya səbəb ola bilər.

SİA-nın əldə etdiyi məlumata gör, bunu epidemioloq Vadim Pokrovski bildirib.

…Doğrudur, onların sağlamlığınız üçün birbaşa təhlükə yaratma ehtimalı azdır, lakin dolayı təhlükə də var. Bu onunla bağlıdır ki, çoxlu sayda mikroorqanizmlərin, xüsusən də göbələklərin olması allergik reaksiyalara səbəb ola bilər, - deyə mütəxəssis xəbərdarlıq edib.

Yalnız pərdələri deyil, bütövlükdə vanna otağını da təmiz saxlamaq vacibdir. Təmizləmə material əsasında aparılmalıdır. Adətən pərdələr süni materialdan hazırlanır.

…Düşünürəm ki, hətta onları sabun və ilıq su ilə yumaq belə onları təmizləmək üçün tamamilə etibarlı bir yoldur.

Bunu deyən Pokrovski qeyd edib ki, məsələn, xlorheksidin və ya spirt təmizləmə üçün istifadə edilə bilər. Ancaq bu şəkildə hamamın daha təmiz olacağını söyləmək mümkün deyil.

…Əlbəttə, güclü kimyəvi maddələrə müraciət etməyin xüsusi məsləhəti yoxdur. Çünki onların özlərinin də qıcıqlandırıcı təsiri var, - epidemioloq izah edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə