Tələbə tələbəni çəkiclə vurub...

…Kalininqradda 16 yaşlı rusiyalıya qarşı qəsdən sağlamlığa zərər vurma maddəsi ilə cinayət işi açılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin regional idarəsi Telegram kanalında yazılıb. …Deməli, təhlükəsizlik qüvvələrinin məlumatına görə, oktyabrın 12-də gənc tələbə yoldaşından qisas almaq üçün təhsil müəssisəsinə əlində çəkiclə gəlib.

…Və məqamdan istifadə edərək, rəqibinin başının arxa nahiyəsinə güclü zərbə endirib.

Zərərçəkmiş tibb müəssisəsinə aparılıb, ona tibbi yardım göstərilib.

Polis törədilmiş cinayətin bütün hallarının müəyyən edilməsi istiqamətində tədbirlər görür.

Qeyd edək ki, bundan əvvəl Tümendə bir nəfər çəkiclə radikal islamçıları qınayan müftiyə hücum edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə