Ronaldonun nişanlısı xəstəxanaya aparılıb

..."Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonun nişanlısı model Corcina Rodriqes İnstaqram səhifəsində xəstəxanaya yerləşdirilməsindən danışıb.

SİA-nın əldə etdiyi məlumata görə, model pnevmoniyaya görə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda xəstəxanaya yerləşdirilib və 4 gün sonra evə qayıdıb.

O, həkimlərə kömək və qayğıya görə təşəkkür edib.

Qeyd edək ki, 27 aprel 2023-cü ildə “Ajansspor”, Ronaldonun Rodriguez ilə ayrılmaq istədiyini bildirmişdi.

Qızın gününü ticarət mərkəzlərində keçirməsi və başqa heç nə etmədən külli miqdarda pul xərcləməsi 38 yaşlı futbolçunun xoşuna gəlməyib.

Rodriges daha sonra bu məlumatı təkzib etdi.

Ronaldo və Rodriges 2018-ci ildə nişanlandıqlarını açıqlayıblar. Futbolçu Corcina ilə Alana Martina və Bella Esmeralda adlı qızları, həmçinin surroqat analardan - Cristiano Jr., Eva və Mateo-dan üç uşaq böyüdürlər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə