Manikürdən HİV-ə yoluxmaq mümkündürmü?

Təəssüf ki, gözəllik salonları çox vaxt alətlərin sterilizasiyasına laqeyd yanaşırlar...

...Manikürdən HİV infeksiyasının ötürülməsi ehtimalı azdır. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Federal QİÇS-lə Mübarizə Mərkəzinin baş elmi işçisi Natalya Ladnaya bildirib.

Qeyd edək ki, daha əvvəl Pskovda bir qadının manikürdən sonra HİV-ə yoluxduğu barədə xəbər yayılmışdı.

...Sakin HİV-ə yoluxduğunu təsadüfən, başqa xəstəliklə xəstəxanaya yerləşdirilərkən öyrənib. O, həmçinin etiraf edib ki, salon işçisinin alətləri emal etmə üsulları ilə əvvəllər heç vaxt maraqlanmayıb. Ancaq həkim izah edib ki, bu prosedur çətin ki, infeksiyaya səbəb ola bilər.

...Yollaşma yolları tamamilə fərqlidir - cinsi əlaqə yolu ilə, anadan uşağa və ya qan vasitəsilə keçə bilər. Biz başa düşürük ki, manikür zamanı qanla birbaşa təmas olmamalıdır, ona görə də mən bu nəticələrə çox şübhə edirəm və onların yalan olduğunu düşünürəm.

Bunu Ladnaya bildirib.

O, əlavə edib ki, infeksiya qanla təmasda mümkündür, lakin bu faktı təsdiqləmək üçün bir sıra tədqiqatlar lazımdır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə