Oğrular ayaqqabıların ancaq sağ taylarını aparıblar...

ABŞ-dan olan quldurlar geyim mağazasına daxil olaraq qəribə oğurluq ediblər. Və bəlkə də yanlışlığa yol veriblər?

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Metro” yazır. Deməli, hadisə Ohayo ştatının Cincinnati şəhərində oktyabrın 8-nə keçən gecə baş verib.

Mağaza sahibi Nanter Emiq mağazaya gələndə anbarın döşəməsində yüzə yaxın açıq ayaqqabı qutusu tapıb. Amma onu təəccübləndirən qutularda yalnız sağ ayaq üçün ayaqqabıların çatışmaması olub.

Oğrular ayaqqabılarla yanaşı, mağazada qalan geyim və şəxsi əşyaları da oğurlayıblar.

Emiq sosial şəbəkədə mağazanın içərisində və qarşısında quraşdırılmış CCTV kameralarının videolarını yayımlayıb. Videoda üç oğru olduğu görünür: iki kişi və bir qadın. Eyni zamanda soyğunçulardan biri axsayırmış.

Emiq ümid edir ki, şəhər sakinləri cinayəti törədənləri müəyyənləşdirib tapmağa kömək edəcəklər. O, həmçinin qeyd edib ki, xoşagəlməz hadisə onu mağazanı bağlamağa məcbur etməyəcək. O, tədricən çeşidi artırmaq və ticarətin normal ritmini bərpa etmək niyyətindədir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə