Milyonçunun ərköyün oğlu söz verdi,..kitab oxuyacaq

...Lisenziyasız sükan arxasına keçən milyonerin 16 yaşlı oğlu Lomakin avtomobil oğurluğu, avtoxuliqanlıq və “İzvestiya” müxbirinin qanuni fəaliyyətinə mane olmaq ittihamı ilə ev dustaqlığına göndərilib.

... Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin İstra şəhəri üzrə istintaq şöbəsinin müstəntiqinin tələbi ilə məhkəmə 16 yaşlı yeniyetmə ilə bağlı, avtomobili qanunsuz ələ keçirməkdə, avtoxuliqanlıqda və jurnalistin qanuni peşə fəaliyyətinə mane olmaqda təqsirləndirilən şəxs barəsində ev dustaqlığı növündə həbs qətimkan tədbiri seçilib.

SİA xəbər verir ki, bu barədə Rusiyanın Moskva vilayəti üzrə məlumat yayıb.

...Mən özüm üçün bir neçə nəticə çıxardım. Kitab oxuyacağam, özümü inkişaf etdirəcəm və daha mədəni olacağam.

Bunu təqsirləndirilən uşaq bildirib.

Gəncin atası, milyonçu və sahibkar Andrey Lomakin oğlunun səhv etdiyini etiraf edib. Kişi ümid edir ki, bu hadisə uşağa böyük dərs olacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə