2024MK asteroidi Yerdən təhlükəli məsafədən keçib

...Dünən gecə potensial təhlükəli asteroid Yer kürəsini yaxınlığından keçib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Keldış Tətbiqi Riyaziyyat İnstitutunun rusiyalı alimləri bildiriblər.

Deyilənlərə görə, asteroidin uçuşu teleskoplar vasitəsilə izlənilib.

Mütəxəssislər onun planetimizdən 300 min kilometr məsafədə, təxminən Yerdən Aya qədər eyni məsafədə keçdiyini hesablayıblar.

Asteroidin ölçüsü heyranedicidir, 120 ilə 260 metr arasında...

Əgər belə bir göy cismi Yerə dəysə, bu, ciddi dağıntılara və ya sunamiyə səbəb ola bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə