Dünyanın yaşamaq üçün ən yaxşı şəhərlərinin reytinqi tərtib edilib

...Yaşamaq üçün ən yaxşı və ən pis şəhərlərin siyahısı olan yenilənmiş Qlobal Yaşayış qabiliyyəti indeksi 2024 dərc edilib.

Bu il analitiklər 173 şəhəri beş əsas parametrə görə qiymətləndiriblər: sabitlik, səhiyyə, mədəniyyət və ətraf mühit, təhsil və infrastruktur.

Avstriyanın paytaxtı Vyana beş kateqoriyadan dördündə topladığı yüksək bal sayəsində üç il ardıcıl olaraq birinci yeri tutaraq, növbəti dəfə reytinq cədvəlinə başçılıq edib.

İkinci yerdə Kopenhagen (Danimarka), ilk üçlüyü isə Sürix (İsveçrə) qapayır.

İlk beşliyə həmçinin Melburn (Avstraliya) və Kalqari (Kanada) daxil olub.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, Minsk yaşamaq üçün ən yaxşı şəhərlər reytinqinə daxil edilməyib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə