Mixael Şumaxerin ilk yarış avtomobili satışa çıxarılıb...

…Jordan-Ford 191 “Formula 1” avtomobili Böyük Britaniyada satılır.

SİA-nın əldə etdiyi məlumata görə, Mixael Şumaxer 1991-ci ildə ilk Qran Prisini məhz bu avtomobildə keçirib.

Bu barədə “DK Engineering” saytında məlumat verilir. Mixael Şumaxer təsadüfən İrlandiyanın “Jordan” komandasına düşmüşdü. Onların əsas sürücüsü Bertrand Qaşa davaya görə həbs olundu və Belçika Qran Prisindən əvvəl təcili əvəzləmə lazım idi.

“Jordan” Mercedes-Benz üçün dözümlülük yarışında yarışan gənc Mixael Şumaxerə diqqət yetirib. Və onunla dərhal müqavilə imzalanıb.

Mixael Şumaxer ilk dəfə “Formula 1” bolidinin sükanı arxasına keçib və praktiki yarışlar zamanı avtomobillə tanış olmaq üçün bir az vaxt tapıb.

Bununla belə, o, Jordan-Ford 191-i mənimsəyib və təsnifat mərhələsində beşinci yeri tutub.

Qeyd edilməlidir ki, debüt yarışında yaxşı çıxış etməmək mufta nasazlığı səbəbindən yaşandı.

Və bu almanın “Jordan” üçün yeganə yarışı oldu.

…İndi satışa çıxarılan Şumaxerin avtomobili yaxşı qorunub saxlanılıb. Yüngül (510 kq) karbon lifli avtomobil 650 at gücü hasil edən 3,5 litrlik Ford Cosworth V8 və 6 pilləli mexaniki transmissiya təchiz edilib.

Avtomobilin qiyməti açıqlanmır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə