Alimlər siqareti tərgitmə şansınızı artırmağın yollarını kəşf ediblər

...Vareniklin və nikotin pastillərinin birləşməsi siqareti tərgitmə şansını artırır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu araşdırmalar da göstərib.

Belə ki, təcrübədə 320 siqaret çəkən iştirak edib. Həm Vareniklin, həm də nikotin pastilləri qəbul edənlərin ən azı bir il ərzində siqareti buraxma ehtimalı 84 faiz daha çox idi. Tədqiqat vareniklin və kombinasiya terapiyasının ilk yüksək keyfiyyətli müqayisəsi idi.

Vareniklin (Champix) dərmanı beynin xüsusi molekullarına bağlanaraq, onların nikotinlə təmasda olmasına mane olur. Bu, nikotin asılılığını azaldır. Nikotin əvəzedici terapiya siqareti buraxarkən çəkilmə simptomlarını aradan qaldırmağa kömək edir.

Əvvəllər elm adamları Vareniklin və nikotin ehtiva edən elektron siqaretlərin insanlara adi siqareti buraxmağa kömək etməkdə təsirli olduğunu aşkar etmişdilər. Bir neçə dəfə uğursuz vərdişdən qurtulmağa cəhd edən xəstələrə də kömək etdilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə