500 min dollar dəyərli idman avtomobili 50 il qarajda "oturub"...

...SİA-nın dünən yazdığının davamı olaraq,..bir neçə gün bundan əvvəl ABŞ-da R/T Hemi versiyasının 1970-ci ildə atılmış Dodge Challenger aşkar edilib.

SİA-nın əldə etdiyi məlumata görə, məşhur idman avtomobili yarım əsrdən çox qarajda “oturub”.

...Blogger Karan Bori bu barədə özünün Youtube kanalında yayımladığı videoda danışıb.

Bu 51 Dodge Challenger R/T Hemi illərdir bir sahibin əlindədir. Maşın qəzaya düşüb qabaq hissəsi zədələndikdən sonra artıq istifadə olunmayıb. Sahibi heç vaxt idman avtomobilini təmir etməyib, lakin ümumilikdə onun vəziyyəti pis deyil. Korpus paslanmayıb, salon mükəmməl qorunub, mühərrikin bərpasına ehtiyac yoxdur. Yürüşü isə cəmi 10.200 km-dir.

…Mühərrik Dodge Challenger-in əsas dəyəridir. Bu 7,0 litrlik V8 Hemi 425 at gücünə malikdir.

Və 4-pilləli mexaniki transmissiya ilə qoşalaşmışdır. 100 km/saat sürətlənmə 5,5 saniyə çəkir, maksimal sürət isə 240 km/saatdır.

1970-ci ildə cəmi 287 Dodge Challenger R/T Hemi kupesi istehsal edilmişdir. İndi onlar kolleksiyaçılar tərəfindən yüksək qiymətləndirilir və onların dəyəri 500.000 dollara çatır.

…Və bu xüsusi Dodge Challenger artıq alınıb və təmir edilib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə