Duaları yerinə yetdiyi üçün...

Taylandda bir nəfər təşəkkür olaraq məbədə 99 donuz başı gətirib...

Taylandda bir nəfər cavablandırılan dualara görə təşəkkür olaraq Budda məbədinə 99 donuz başı gətirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Thaiger yazır.

...Deyilənlərə görə, dörd il əvvəl o, dua etmək üçün hündürlüyü 30 metrdən çox olan Budda heykəlinin yanına gəlib.

Ritualdan sonra nəhəng fiqurun sağ əlinə qızıl yarpaq ailə və karyera uğurları istəyib. Ritual icra olunandan bir il sonra kişi evlənib və uşaq dünyaya gətirdib.

Özü də yaxşı iş tapmağı bacarıb. İndi o belə hesab edir ki, onun bütün indiki həyatını məhz bu dualar edib, buna görə də bir vaxtlar heykəl qarşısında verdiyi əhdi yerinə yetirmək qərarına gəlib.

Belə ki, o, arzusunu yerinə yetirmək üçün məbədə 99 donuzun başı, 100 qaynadılmış yumurta, həmçinin doqquz növ meyvə, o cümlədən pomelo, ananas, kokos, armud, pitaya, alma, üzüm və banan gətirib.

O, arvadı və uşağı ilə birlikdə yeməkləri nimçələrə diqqətlə düzüb heykəlin önünə qoyub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə