Alimlər yaşayış üçün uyğun planetlər qrupu tapıblar

Astronomlar hesab edirlər ki, onların arasında Super-Yer də olmalıdır Astronomlar tərəfindən bir neçə ekzoplanet kəşf edilib. Bu göy cisimləri insanların yaşaması üçün uyğun ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, tədqiqatçılar bu barədə Monhly Notices of the Royal Astronomical Society jurnalı üçün məqalədə yazıblar.

Bu planetlərin orbital dövrləri 38, 151 və 7,3 Yer günüdür. Bu göy cisimlərinin ən uzaqı yaşayış zonasındadır. Belə planetlərə Super Yerlər deyilir.

Onlar Yerdən böyükdür, lakin Neptundan daha yüngüldür. Qaz və ya daşlardan və ya bu elementlərin birləşməsindən ibarət ola bilər.

Bütün planetlər HD 48948 ulduzunun ətrafında fırlanır. Alimlər radial sürətlərin təxminən 189 yüksək dəqiqliklə ölçülməsini həyata keçiriblər.

Ulduz, spektral analizə görə, günəşə bənzəyir. Halbuki bütün planetlər Yerdən 5-11 dəfə ağırdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə