ABŞ məhkəməsi 20 ildir cəza gözləyən şəxsə bəraət verib...

...Texas ştatının məhkəməsi təxminən 20 ildir ölüm cəzasını gözləyən amerikalıya bəraət verib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Deməli, Kerri Maks Kuk adlı birisi qonşusunu zorlayıb öldürməkdə ittiham olunub. Hadisə 1977-ci ildə törədilib. . Hakimlər iki dəfə - 1979 və 1994-cü illərdə təqsirli hökm çıxarıblar.

Amerikalı dəfələrlə bununla bağlı müraciət etməyə çalışsa da, sonda istintaqla sövdələşib və günahını etiraf edib.

...Və yalnız 2024-cü ildə Texas Cinayət Apellyasiya Məhkəməsi əvvəlki instansiyaların arqumentlərini inandırıcı olmayan hesab edərək işə yenidən baxıb.

Səbəb kimi bəzi təqsirləndirilən şəxslərin yalan ifadə verməsi və sübutların düzgün şərh edilməməsi göstərilib.

Məsələn, ikinci şübhəli və Kukun kamera yoldaşı onun cəzasını azaltmaq üçün yalan danışıblar.

Bundan əlavə, təkrar məhkəmə-tibbi ekspertiza göstərib ki, öldürülən qadının əşyaları üzərində tapılan DNT materialları əvvəllər deyildiyi kimi Kuka aid deyil.

Nəticədə, 68 yaşlı Kuk 1973-cü ildən ölümə məhkum edildikdən sonra bəraət qazana bilən 199 amerikalı məhbus arasında olub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə