Niyə bəzi insanlar “Covid-19”a yoluxmadı?

İngiltərə alimləri “Covid-19”la bağlı apardıqları elmi araşdırmada bəzi insanların virusa məruz qalmasına baxmayaraq, niyə “Covid-19”a yoluxmadıqlarını müəyyən ediblər. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Böyük Britaniya İmperator Kollecində aparılan “Covid-19” elmi araşdırmasının bir hissəsi olaraq alimlər bu xəstəliyə səbəb olan SARS-CoV-2 virusuna qalib gələn insanların unikal immun reaksiyalarına sahib olduqlarını bildiriblər.

Bəzi adamlarda virusa məruz qalmazdan əvvəl burun astarında yerli immun reaksiyası fərdlərin virusu müəyyən etməsinə və infeksiyaya qarşı bir qalxan əldə etməsinə imkan verir. Ona görə də bu cür insanlarda geniş yayılmış immun reaksiya əvəzinə burundakı incə fitri immun təpkilər virusa cavab verərək onu geri itələyib, vücuda qəbul etməyib.

Tədqiqatçılar HLA-DQA2 adlı genin məruz qalmadan əvvəl yüksək səviyyədə olmasının insanlara uzunmüddətli infeksiyanın yayılmasının qarşısını almağa kömək etdiyi fikrini irəli sürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə