Dünyanın ən pis qoxulu gülləri eyni vaxtda çiçək açıb

“Kew Gardens”dən verilən məlumata görə ...

İngiltərənin paytaxtı Londondakı botanika bağında dünyanın ən pis qoxulu gülləri eyni vaxtda çiçək açıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

"Cəsəd gülü" kimi tanınan dünyanın ən pis qoxulu çiçəyi titan arum və dünyanın ən nadir çiçəklərindən olan, kimyəvi qoxulu, zəravəndkimilər fəsiləsindən olan qızılı aristoloxiya (aristolochia goldiena) ilk dəfə Londonun Kyu (Kew) Kral Nəbatat Bağında eyni vaxtda çiçək açıb.

“Kew Gardens”dən verilən məlumata görə, qızılı aristoloxiya botanika bağı tarixində üçüncü dəfə çiçəklənib. 3 metr hündürlükdə və təxminən 48 saat yaşayan qızılı aristoloxiya bu bağda ilk çiçəyini 1990, ikincisini 2023-cü ildə açmışdı.

Qoxusunun kimyəvi maddələrə bənzədiyi bildirilən aristoloxiya goldiena kimi pis qoxulu titan arumun da onunla eyni vaxtda çiçək açdığı bildirilib. Bu gül 1889-cu ildən botanika bağçasında olsa da, ilk dəfə 1926-cı ildə çiçək açıb. O zaman görənlərin böyük marağına və sıxlığına səbəb olduğu üçün polis kütləyə müdaxilə edibmiş.

Qoxumuş ət iyinə bənzədiyi üçün "cəsəd gülü" və "dünyanın ən pis qoxulu çiçəyi" adı verilən titan arumun sonuncu dəfə 2021-ci ildə çiçək açdığına dair məlumatlar da var.

Bütün xəbərlər Facebook səhifəmizdə