Xaricilər üçün dünyanın ən bahalı şəhərləri...

Reytinq tərtib edilərkən 200 mal və xidmətin dəyəri nəzərə alınıb

...Honq Konq əcnəbi işçilər üçün dünyanın ən bahalı şəhəri olaraq qalır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Mercer analitik şirkətinin illik reytinqi sübut edir.

Honq-Konqdan sonra Sinqapur, daha sonra İsveçrənin dörd şəhəri gəlir: Sürix, Cenevrə, Bazel və Bern...

Reytinq tərtibçiləri Nyu York və Londonu müvafiq olaraq yeddinci və səkkizinci yerlərdə yerləşdiriblər.

Qürbətçilər üçün ən bahalı TOP 10 şəhəri tamamlayanlar Nassau (Baham adaları) və Los-Ancelesdir.

...Avropa Parisi, Amsterdam və Berlin 29-dan 31-ci yerə qədər sıralanıb.

Dubay xarici işçilər üçün Yaxın Şərqin ən bahalı şəhəri kimi tanınıb və 15-ci yerdə qərarlaşıb.

Təl-Əviv isə onun arxasında yerləşir.

Nigeriyanın paytaxtı Abuca reytinqə daxil olan 226 şəhər arasında əcnəbi işçilər üçün ən ucuz şəhər kimi tanınıb. Deyilənlərə görə, reytinq tərtib edilərkən 200 mal və xidmətin dəyəri nəzərə alınıb. Bunlara mənzil, nəqliyyat, yemək, geyim, məişət əşyaları və istirahət qiymətləri daxildir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə