Psixopatı necə müəyyən etmək olar..?

...Alimlər müəyyən ediblər ki, söhbət zamanı başın stasionar olması insanda psixopatiyanın əlaməti ola bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə iBVG.ru yazıb.

...Psixopatik əlamətlər üzrə yüksək bal toplayan yetkin kişilər, psixopatik əlamətlər üzrə aşağı bal toplayan kişilərlə müqayisədə klinik müsahibələr zamanı daha hərəkətsiz baş duruşu nümayiş etdiriblər...

Qeyd olunur ki, təhlillər cinayətkarların 213 dindirilməsi əsasında aparılıb.

Dindirmə göstərib ki, güclü psixopatik xüsusiyyətlərə malik qadınlar danışarkən, bəlkə də əsl emosiyalarını gizlətmək üçün başlarını hərəkətsiz saxlayırlar.

Araşdırmada vurğulanır ki, bu psixopatiya əlaməti kişilər üçün də aktualdır.

Alimlər hesab edirlər ki, insanın xarici əlamətləri və qeyri-şifahi davranışları onda psixopatiya formalarını dəqiq aşkarlamağa imkan verir.

Belə ki, hələ 19-cu əsrdə təbiətşünaslar belə qənaətə gəliblər ki, psixopatik meylləri olan insan kəllə sümüyünün formasına görə müəyyən edilə bilər.

Onlar aşkar ediblər ki, başın anadangəlmə deformasiyası, iri qaş çıxıntıları və böyük çıxıntılı aşağı çənə çox vaxt qəddarlığa meyilli insanları göstərir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə