Türkiyənin Muğla rayonunun Bodrum qəsəbəsində Mavi Sürgün İncəsənət Layihəsi (BEAP) Sualtı Parkı mərasimlə açıldı.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, BEAP Sualtı Parkının 1-ci mərhələ açılış tədbiri Bitez sahillərindəki Görecek adasında keçirilib.

Bodrum Dəniz Muzeyinin direktoru Selen Cambazoğlu sualtı parkda 6 rəssamın işlərinin olduğunu bildirərək "Bölgəyə həm dalğıc, həm tur, həm şəxsi qayıqlarla getmək mümkündür” deyib.

Açılış sualtı kamera və dronla çəkilib. İştirakçılar üzərindən, dalğıclar isə suya baş vuraraq sərgini seyr ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə