Antarktidada yaşı 1 milyard il olan süxurlar aşkar edilib...

Sankt-Peterburq alimləri Antarktidada buzların altından təxminən 1 milyard il yaşı olan qaya nümunələri çıxarıblar. Akademik Qramberq adına Ümumrusiya Elmi-Tədqiqat Dünya Okeanının Geologiya və Mineral Ehtiyatlar İnstitutunun mütəxəssisləri “Proqres” sahil qışlama stansiyasından 30 km cənubda dəniz səviyyəsindən təxminən 700 m yüksəklikdə quyu qazıblar.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Mineral Ehtiyatlar İnstitutu Antarktikanın Geologiya və Mineral Ehtiyatları Departamentinin rəhbəri German Leyçenkovun TASS-a verdiyi məlumata görə, alimlər 48 sm uzunluğunda qaya nüvəsini və Antarktika buzunun davamlı nüvəsini çıxara biliblər.

Ehtimal olunur ki, son kəşf Antarktidada ən azı son 10 min ildə iqlimin və atmosferin vəziyyətinin yenidən qurulmasına kömək edəcək.

Qeyd olunur ki, buzun qazılması Jilin Universiteti və Çin Yer Elmləri Universitetinin iştirak etdiyi birgə Rusiya-Çin layihəsi çərçivəsində baş tutub. Qəbul edilən nümunələr Mineral Ehtiyatlar İnstitutu Federal Dövlət Büdcə İnstitutunun və Pekin Universitetinin laboratoriyalarında analiz ediləcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə