Rusiyada bu avtomobilin satış qiyməti artıb...

“Hyundai Santa Fe” krossoveri may ayında təkrar bazarda digər modellərdən daha çox bahalaşıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Otkritie” Bankın araşdırmaları da sübut edir.

Belə ki, avtomobilin qiyməti ay ərzində 4,3 faiz artıb, yəni 4 572 426 rubldan 4 769 536 rubla qədər bahalaşıb.

Reytinqdə növbəti yerləri tutan BMW X5 və Toyota LC 300 modellərində qiymət artımı daha cüzidir - müvafiq olaraq 2,0 və 1,9 faiz.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə