Sosial şəbəkələr gənc qadınların psixikasını məhv edir..?

…Sosial şəbəkələrdən qısa müddətlik uzaq qalmaq gənc qadınların özünə hörmətinə müsbət təsir edir.

SİA-nın əldə etdiyi məlumata görə, kanadalı alimlər yeni araşdırmada bu qənaətə gəliblər.

Məlum olub ki, sosial şəbəkələr yazıları vərəqləyən qızların psixi vəziyyətini pisləşdirir, istər-istəməz özlərini onlara daha gözəl və uğurlu görünən digər insanlarla müqayisə edirlər.

17-24 yaşlı 60-dan çox tələbə qızın iştirak etdiyi eksperiment göstərib ki, hətta sosial şəbəkələrdən istifadənin qısamüddətli məhdudlaşdırılması belə qızların özlərini daha cəlbedici hiss etməsinə kömək edir.

..Rusiyalı endokrinoloq Zuxra Pavlova öz Telegram kanalında xarici alimlərin tapıntılarını şərh edərkən mövzunu maraqlı adlandırıb, lakin nümunənin kiçik olduğunu etiraf edib.

Həkim eyni zamanda sağlamlığınızın qeydinə qalmaqla özünə hörmətin artacağına zəmanət verdiyini diqqətə çatdırıb.

Bu baxımdan mütəxəssis səhər məşqləri etməyi, keyfiyyətli yemək yeməyi və kifayət qədər yatmağı məsləhət görür.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə