Moskvada tanışlıq saytının alfonsu həbs edilib

Moskvanın Çeryomuşkinski Məhkəməsi qadınları tanışlıq saytlarından pul ələ keçirən dələduz şəxsi həbs edib.

SİA bu barədə rus saytlarına istinad edir.

Məhkəmə sənədlərinə görə, Sergey Lyubovnikov qadınlara öz həyatının qondarma hekayəsini danışıb, hakimiyyətdəki xidməti, rütbələri və sürətlə inkişaf edən biznesi haqqında yalandan “basıb bağlayırmış”

Və bu yolla onların etimadını qazandıqdan sonra qadınlara asan pul qazanma yollarını təklif edərək və ya təsadüfi bəlaları bəhanə gətirərək külli miqdarda borc götürməyə başlayırmış.

Sonradan dələduz tərəfindən aldadıldığını bilən qadınlardan biri polisə müraciət edib və dələduzluqda ittiham olunan Lyubovnikov həbs edilib.

Məhkəmə Lyubovnikovu 2024-cü il avqustun 4-dək istintaq təcridxanasına göndərib. Onlar həbs qətimkan tədbiri seçərkən Moskvanın Kuntsevski Məhkəməsinin ona şərti cəza təyin edən hökmünü nəzərə alıblar. Fırıldaqçının əməllərindən zərərçəkənlərin sayı və dəymiş ziyanın məbləği açıqlanmır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə