102 yaşlı amerikalı qadın uzunömürlülüyün sirrini açıb

102 yaşına qədər yaşayan amerikalı Debora Sekeli qocalıqda sağlamlığını qorumaq üçün riayət etdiyi pəhrizdən danışıb. SİA-nın əldə etdiyi məlumata görə, təfərrüatlar CNBC tərəfindən paylaşılıb.

Qadının sözlərinə görə, o, tam taxıl məhsullarına üstünlük verir və çoxlu miqdarda meyvə və tərəvəz yeməyə çalışır. Qırmızı ət əvəzinə Debora tez-tez balıq yeyir. Nahar üçün onu seçir və kartof bişirir.

Qadının fikrincə, uzun və xoşbəxt həyatın digər açarı ünsiyyət və təhsildir. Debora Sekeli deyir ki, oxumaq, hobbi etmək və yeni şeylər öyrənmək ona zehnini iti saxlamağa kömək edir.

Məsələn, o dörd dildə danışır və mütəmadi olaraq operaya gedir. Qadın fiziki fəaliyyətə də vaxt ayırır. Onun sözlərinə görə, daha tez-tez evdən bayıra çıxmağa çalışır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə