Bir neçə aydan sonra dişləri bərpa edə bilən dərmanın dünyada ilk sınaqları başlayacaq. Dərman 2030-cu ildə satışa çıxarıla bilər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədəd "Fokus" yazır.
Tədqiqat 2025-ci ilin sentyabr-avqust aylarında Kyoto Universitet Xəstəxanasında aparılacaq. Burada ən azı bir azı dişi itmiş 30-64 yaş arası 30 kişi iştirak edəcək. İntravenöz bir dərman heç bir yan təsir göstərmədən siçanlarda uğurla sınaqdan keçirildikdən sonra, indi də insanlarda sınaqdan keçiriləcək.
…Kitano Xəstəxanasının Ağız və Üz-çənə Cərrahiyyəsi Departamentinin rəhbəri və aparıcı tədqiqatçı Katsu Takahaşi deyir ki, “…biz diş itkisindən və ya itkin dişlərdən əziyyət çəkənlərə kömək etmək istəyirik”.
Qarşıdan gələn 11 aylıq sınaqdan sonra alimlər dərmanı anadangəlmə çatışmazlıq səbəbindən ən azı dörd dişi əskik olan 2-7 yaşlı xəstələrdə sınaqdan keçirmək istəyirlər.
Bu xəstəlik dünyada insanların təxminən 1 faizinə təsir edir. Komanda hazırda Faza IIa tədqiqatı üçün insanları işə götürür.
Bundan sonra elm adamları tədqiqatlarını qismən diş çatışmazlığı olan və ya 1-dən 5-ə qədər diş itirmiş insanlar üçün genişləndirməyi planlaşdırırlar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB