Baltik dənizində çiçəkləmə spiralı kəşf olunub

...2018-ci ildə peyklər Baltik dənizində qeyri-adi spiralın fotolarını çəkiblər. Sonrakı araşdırmalar göstərdi ki, burulğan siyanobakteriyaların çiçəklənməsinin spiralıdır. Ancaq o qədər güclüdür ki, kosmosdan belə fərq edilir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə bu barədə “Live Science” yazıb.

Qeyd edilir ki, spiralın yaranmasına böyük yosun çiçəklənməsi səbəb olub. Vəziyyət zahiri “göstərişinə” baxmayaraq, narahatlıq doğurur. Əslində, fırlanan mikrob kütləsi ərazini oksigendən məhrum edən "ölü zona" yaradır.

Spiralın diametri təxminən 25 kilometrdir; Baltik dənizinin "qolu" olan Finlandiya körfəzində görünüb.

O, fotosintetik dəniz bakteriyalarından (siyanobakteriyalar), həmçinin şüşə zirehli az miqdarda planktondan ibarətdir. Nəticədə, burulğan canlıları toqquşan əks cərəyanlarda sıxışdırıb.

Yeri gəlmişkən, 2003-cü ildən 2020-ci ilə qədər dünya üzrə yosun çiçəklərinin orta ölçüsü 13 faiz artıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə