Yuxuda kabusu daha çox kimlər görür..?

Yüksək intellektə və yaradıcılıq qabiliyyətinə malik olan insanlar digərlərindən daha çox kabuslar görürlər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə müsahibəsində somnoloq Roman Buzunov bildirib.

Onun sözlərinə görə, pis yuxular bu kateqoriyadan olan insanlar arasında tez-tez rast gəlinən psixi pozğunluqlara səbəb ola bilər.

...Onların psixikası daha qeyri-sabitdir. Beynimiz yuxuda işləməyə davam etdiyi üçün, bir qayda olaraq, belə insanların daha canlı, rəngarəng və mürəkkəb süjetli yuxuları olur. Bunlara kabus ssenariləri daxil ola bilər.

Somnoloq bildirir bunu.

Eyni zamanda, mütəxəssis yuxuları, o cümlədən kabusları normal beyin fəaliyyətinin əksi adlandırıb.

... Yuxuda o, qarşılaşdığımız müxtəlif vəziyyətləri oynayır. Təhlil edir və onlarla nə edəcəyinə qərar verir - yaddan çıxarır və ya yaddaşda saxlayır,

Buzunov qeyd edib ki, eyni tipli və təkrarlanan obsesif kabuslar həyəcanverici siqnaldır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə