Avtomobildə siqaret çəkməyin...

Bir çox sürücü avtomobildə siqaret çəkməyin ağır nəticələrindən xəbərdardır. Söhbət pis qoxudan gedir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, siqaret tüstüsü avtomobilin salonundakı bir çox materiala nüfuz edir. Nəticədə, aradan qaldırılması çox çətin olan xoşagəlməz bir qoxu yaranır. Həmçinin, sərnişinlərin yanında siqaret çəkmək etik hesab olunmur. Ancaq bunlar siqareti atmaq üçün yeganə səbəb deyil.

Bunun başqa bir mənfi tərəfi də var. Siqaret çəkən zaman onun dumanı yüksəlir. Nəticədə tüstü tavana hopur. Bu zaman yalnız xoşagəlməz qoxu yaranmır, həm də avtomobilin tavanı çirklənir. Hətta bu ləkələri çıxarmaq mümkün olmur.

Sonda qeyd edək ki, siqaret çəkmək pis vərdişdir və ondan tamamilə imtina etmək məsləhətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə