Motovelo elektrikli velosiped ideyası Çindən oğurlanıb...

...İddiaya görə Minsk özünün "yeni inkişaf nümunəsini- “MotoVeloZavod” elektrik motosikletini nümayiş etdirib.

BELTA xəbər verir ki, bu model elektrik mühərriki və motosiklet təkərləri olan velosipeddir.

Zavod direktoru Sergey Manko deyir ki, dizaynerlər ideyanı Çində görüblər, lakin iddialara görə modeli “müstəqil” işləyib hazırlayıblar.

...Biz bu velosipedi tamamilə dizayn etdik, öz çərçivəmizi hazırladıq. Hazırda biz sertifikatlaşdırma sınaqlarından keçirik. Hər şey yaxşı olarsa, gələn il satışa çıxarılacaq.

Bunu zavod direktoru Manko deyib.

Model şəbəkədən enerji ilə doldurula bilən çıxarıla bilən akkumulyatorla təchiz ediləcək.

Bir tam enerji ilə siz 40 kilometrə qədər məsafə qət edə bilərsiniz. Belə nəqliyyat vasitələrini idarə etmək üçün lisenziyaya ehtiyac yoxdur. Onun maksimal sürəti saatda 25 kilometr olacaq.

...Xatırladaq ki, Belarus rəsmiləri Lukaşenkonun göstərişi ilə xaricdə mütəmadi olaraq ideya və texnologiyaları oğurlayırlar.

...Deyim ki, SİA bunu Belarus saytlarına istinadən bildirir. Belə ki, Belarus saytları motovelin Çin SMLRO E5 PLUS elektrikli velosipedinin eyni olduğunu yazırlar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə